Sarkisyan yenə də Ramil Səfərovdan danışdı

sarkisyan-yene-de-ramil-seferovdan-danisdi
Oxunma sayı: 633

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistan baş naziri Tiqran Sarkisyan “İnterfax”a verdiyi müsahibəsində deyib: “Heç kəsə sirr deyil ki, sərhədinin böyük hissəsi Azərbaycan və Türkiyə tərəfindən blokadaya alınan Ermənistan üçün hər bir yeni nəqliyyat-logistik tranzit xətti istehsal, ticarət və turizmin inkişaf və genişlənməsinə şərait yaradır”.

Erməni nazir ölkəsinin Rusiya ilə qazın qiymətində razılaşa bilməməsi ilə bağlı mətbuatda gedən informasiyalara da toxunub: “Elə bir məsələ yoxdur ki, Ermənistan və Rusiya razılığa gələ bilməsin və heç vaxt da olmayacaq. Biz hər zaman razılaşmışıq”.

Sarkisyan Səfərov məsələsi danışıqlar prosesinə nə qədər təsir edib sualına isə cavab verərək bildirib ki, Səfərovun işi ilə bağlı hadisə danışıqlar prosesinə çox güclü təsir edib: “Necə bizə, eləcə də ATƏT-in Minsk qrupunun üzvlərinə və beynəlxalq ictimaiyyətdə də bu hadisə şok effekti yaratdı...Tunelin sonunda işıq o zaman olacaq ki, Azərbaycan destruktiv mövqeyindən əl çəkəcək”.

Baş nazir Xankəndi aerportu ilə bağlı Azərbaycan tərəfinin reaksiyasına və bu məsələdə Ermənistanın tutuduğu mövqeyə açıqlama gətirib: “Bizim mövqeyimiz belədir: bu öz müqərratını təyin edən Dağlıq Qarabağ xalqının haqqıdır. Bu həyati əhəmiyyətli dəhliz ondan ötrüdür ki, Dağlıq Qarabağda yaşayan insanlar 21 əsrdə mövcud beynəlxalq prinsiplərə uyğun öz həyatlarını qura bilsinlər. Mən düşünürəm ki, burada heç bir problem ola bilməz. Aeroport bu gün fəaliyyət göstərən və Dağlıq Qarabağı dünya ilə əlaqələndirən yeganə avtomobil yolu kimi normal uçuşlar həyata keçirəcək”.

Sarkisyan həmçinin yüklərin daşınması ilə bağlı texniki problemlərin həll edildiyini bildirib: “Bu işlər başa çatan kimi reyslər həyata keçiriləcək”.