Sarkisyana etiraz, bütün mərkəzi küçələr bağlandı

Sarkisyana etiraz, bütün mərkəzi küçələr bağlandı
Oxunma sayı: 3829

Ermənistanda eks-prezident Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə etiraz olaraq aksiyalar bu gün də davam edir.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxt sakinləri bir neçə mərkəzi küçəni bağlayıblar. “Vətəndaş razılaşması” partiyasının lideri, müxalif parlament fraksiyası olan “Elk”ın deputatı Nikol Paşinyan İrəvan sakinlərini təkcə paytaxtın mərkəzi deyil, digər rayonlarındakı küçələrini də bağlamağa səsləyib. 

Polis əməkdaşları küçənin hərəkətli hissəsini boşaltmağı tələb etsə də, hələ ki aktiv hərəkətə keçməyib. 

***

100-ə yaxın aksiya iştirakçısı Ermənistanın Dövlət Pedaqoji Universitetinin binasına daxil olaraq tələbələri etirazlara qoşulmağa çağırıblar. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi