Sarkisyana güllə atan tutuldu

sarkisyana-gulle-atan-tutuldu
Oxunma sayı: 651

ANS PRESS-in "Novosti Armeniya" saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 21-də baş verib. "Opel Vekta" markalı vatomobildən 5 metrlik məsafədən "Niva"nın sürücüsünə atəş açılıb. Lakin güllə hədəfə dəyməyib.

"Opel" idman sağlamlıq mərkəzlərindən birinin yaxınlığında tapılıb. Onun içərisindən isə 2 9 mm çaplı güllə, giliz və Aşok K.-nın adına sənədlər tapılıb.

Hadisə ilə bağlı Eçmiadzin şəhər sakini olan 1963-cü il təvəllüdlü Aşok K. adlı şəxsə qarşı ittiham irəli sürülüb. Sol ayağında güllə yaraları olan şəxs xəstəxanaya yerləşdirilib. Barəsində saxlanma əmri verilən şəxsin sözlərinə görə, o nə baş verdiyini xatırlamır. Noyabrın 22-də onun həyat yoldaşı polisə müraciət edərək evlərinin yanındakı zibil qabından "Makarov" tipli tapança tapdığını bildirib.

Aşot K. ifadəsində noyabrın 20-də valideynlərinin məzarında araq içdiyini deyib. Sonra isə İrəvana getmək istəyib. Yolda qəzaya düşdüyü üçün hadisə yerindən qaçmaq istəyib. Daha sonra ona xəbərdarlıq işarəsi verən maşın görüb. Onları qorxutmaq üçün özündə olan qanunsuz silahla havaya bir dəfə atəş açıb. Silahı sol tərəfində yerə qoymaq istəyəndə isə öz ayağına atəş açıb və taksi ilə yoluna davam edib.

Faktla bağlı araşdırma davam edir.