Sarkisyana qarşı mitinqlər davam edir

sarkisyana-qarsi-mitinqler-davam-edir
Oxunma sayı: 1629

Ermənistanda keçmiş prezident Serj Sarkisyana qarşı etiraz aksiyaları davam edir.

“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi məlumata görə, hazırda Yerevanda Respublika Meydanında mitinq keçirilir. Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən mitinqi “Mənim addımım” təşəbbüs qrupu təşkil edib. 

Qeyd edək ki, bir neçə gündür Ermənistanda etirazçılarla polislər arasında davam edən qarşıdurmalar nəticəsində 6-sı asayiş keşikçisi olmaqla 46 nəfər yaralanıb.