Sarkisyandan Azərbaycandakı prezident seçkilərinə- - Münasibət

sarkisyandan-azerbaycandaki-prezident-seckilerine-
Oxunma sayı: 2767


"Ermənistan üçün, eləcə də başqa qonşular üçün demokratiya yolunda irəliləyən qonşular daha əlverişlidir. Bundan da belə nəticə çıxır ki, qonşu olaraq, xüsusən də danışıqlarda tərəfdaş olaraq, bizim üçün demokratik Azərbaycan birmənalı şəkildə daha məqsədəuyğundur".

“Qafqazinfo”nun ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Tsaxkadzorda ümumerməni gənclər toplanışının bağlanış mərasimində ona ünvanlanan "Azərbaycanda keçiriləcək prezident seçkisində Ermənistan hansı namizədə üstünlük verir" sualını cavablandırarkən deyib: "Namizədlər arasında ən layiqlisi İlham Əliyevdir".

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çətin, ancaq uzun danışıqlar yolu keçmişik. Problemin həlli yolunun konturları demək olar cızılıb. Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplər açıqca qəbul olunub. 4 ildir bu prinsiplər ətrafında aktiv danışıqlar aparırıq. Deməzdim ki, danışıqlar prosesi aktiv keçir, amma yetərincə uzun yol qət etmişik".