Sarkisyanı əsəbləşdirən sual

sarkisyani-eseblesdiren-sual
Oxunma sayı: 649

Fransanın “Tribune de Lyon” nəşri Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkəyə səfəri zamanı baş verən insidentlə bağlı məqalə dərc edib. ANS PRESS-in “Armtoday” saytına istinadən verdiyi məlumata görə, “France 3” telekanalına müsahibə zamanı jurnalist Olivye Mişelin sualı Sarkisyanın xoşuna gəlməyib.

“Mən ondan ölkədəki korrupsiya və Ermənistanın Suriyadakı rejimə dəstəyi barədə soruşdum”, - deyə jurnalist bildirib. Bu sual müsahibədən sonra gərgin atmosfer yaradıb: “Tərcüməçi mənə yaxınlaşdı və nazirlərdən biri məni barmağı ilə hədələdi”, - deyə fransalı jurnalist yazır.