“Sarkisyanın çıxışı biabırçı bəyanat idi”

sarkisyanin-cixisi-biabirci-beyanat-idi
Oxunma sayı: 669

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Ermənistanın Azadlıq meydanındakı mitinqdə çıxışı zamanı “Aykakan Jamanak” qəzetinin baş redaktoru, müxalifətçi Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin Kazan görüşündən əvvəl Sarkisyanın AŞPA-da Azərbaycanın müharibəyə daha çox hazır olduğunu söyləməsi Azərbaycan prezidenti İlham Əliyevin danışıqlarda öz mövqeyini möhkəmləndirməsinə gətirib çıxarıb. Paşinyan bildirib ki, Serj Sarkisyan bu bəyanata görə xalqın qarşısında cavab verməlidir: “Hanı müzəffər ordu, hanı qalib xalq?”.

Nərgiz Ehlamqızı