Sarkisyanın qardaşı axtarışa verildi

sarkisyanin-qardasi-axtarisa-verildi
Oxunma sayı: 1117

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və qızı Ani axtarışa verilib.

"Qafqazinfo"nun "Sputnik Ermənistan"a istinadən məlumatına görə, eks-prezidentin qardaşı qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılır. Məhkəmə L.Sarkisyan haqda sənədləri incələdikdən sonra həbs qərarı çıxarıb.

Qanunsuz yolla varlanma və korrupsiya cinayətində Serj Sarkisyanın qohumları da ittiham olunur.