Sarkisyanın qardaşı ərəb ölkəsinə qaçıb

sarkisyanin-qardasi-ereb-olkesine-qacib
Oxunma sayı: 1430

2018-ci ilin iyulunda İnterpol tərəfindən beynəlxalq axtarışa verilən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan ərəb ölkələrindən birinə qaçaraq orada gizlənir.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bildirib.

O, sabiq prezidentin qardaşının ekstradisiyası ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib: “Proses olduqca uzun və çətindir, yüzlərlə prosedur var”.

Xatırladaq ki, L. Sarkisyan qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırılır. Məhkəmə L.Sarkisyan haqda sənədləri incələdikdən sonra həbs qərarı çıxarıb.