Sarkisyanın yerinə müvəqqəti olaraq o gətirildi

sarkisyanin-yerine-muveqqeti-olaraq-o-getirildi
Oxunma sayı: 5119

Bu gün Ermənistanda baş nazir Serj Sarkisyanın istefasından sonra bu posta müvəqqəti təyinat olub.

“Qafqazinfo” Life.ru-ya istinadən xəbər verir ki, hökumətin növbədənkənar iclasında baş nazir vəzifəsinə müvəqqəti olaraq Sarkisyanın müavini Karen Karapetyan gətirilib.

Qeyd edək ki, K.Karapetyan 13 sentyabr 2016-cı ildən 9 aprel 2018-ci ilə qədər bu vəzifəni icra edirdi. Ölkə parlamentli idarəetmə üsuluna keçdikdən sonra 17 apreldə Sarkisyan baş nazir seçilmişdi.