Sarkisyanla arvadı səsvermədə problemlə üzləşdi

sarkisyanla-arvadi-sesvermede-problemle-uzlesdi
Oxunma sayı: 3315

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu gün keçirilən növbədənkənar parlament seçkilərində ilk dəfədən səs verə bilməyib.

“Qafqazinfo”nun erməni KİV-nə istinadən xəbərinə görə, identifikasiya cihazı eks-prezidentin barmaq izlərini tanımayıb.

Eyni problemlə onun həyat yoldaşı Rita Sarkisyan da üzləşib. Onlar yalnız ikinci cəhddən sonra səs verə biliblər.