“Sarkozi-Bruni sevgisi saxtadır”

sarkozi-bruni-sevgisi-saxtadir
Oxunma sayı: 644

İtaliyanın "Panorama" jurnalının yazdığına görə, əslən italiyalı olan həyat yoldaşı Karla Bruni Nikola Sarkozi ilə 2008-ci ildə başlayan evliliyini bitirməyə hazırlaşır. Onun nihagı bu ilin dekabr ayında pozacağı gözlənilir.

Keçmiş birinci xanım noyabr ayına kimi partiyadakı seçkilərdə Sarkozinin zərbə almaması üçün ayrılıq qərarını ilin sonuna saxlayıb.

Daha öncə Bruni-Sarkozi cütlüyünün evlilik tarixləri və övladlarının olduğunu gündəmə gətirən ilk jurnalist olan Fransız Allain Jules yazdakı prezident seçkisindən öncə Karlanın evliliyi bitirmək üçün seçkinin nəticəsini gözlədiyini yazmışdı. Bundan sonra Fransa mətbuatında da Karla Bruninin Sarkozini atacağı barədə sorğu keçirilmişdi. Nəticədə rəyi soruçulanların 60 faizi onların ayrılacağını demişdi.

Sarkozinin keçmiş həyat yoldaşı Sesiliya da 5 il öncə ərinin sevgisinin saxta olduğunu demişdi. "Sarkozi-Bruni sevgisi saray üçün hazırlanıb. Sarkozi seçkidə məğlub olarsa bu evlilikdə bitəcək".