Sarkozi ilə xanımı uzun müddət sonra sərgidə göründü - Fotolar

sarkozi-ile-xanimi-uzun-muddet-sonra-sergide-gorundu
Oxunma sayı: 1177

Fransanın eks-prezidenti, 62 yaşlı Nikolya Sarkozi ilə xanımı, 49 yaşlı supermodel Karla Bruni uzun müddət sonra ictimaiyyət arasında görünüblər.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, cütlük Parisdə Saymon Bokaneqr və Filipp Morilyonun “La Galerie Du Pierre Passebon” qalereyasında təşkil olunmuş sərgisində iştirak edib.

Onların iştirakı tədbir iştirakçılarını da məmnun edib.

Qeyd edək ki, N. Sarkozi ilə K. Bruni 2008-ci ildə ailə qurub, 2011-ci ildə isə onların Culiya adlı qızları olub.Cütlüyün həmçinin əvvəlki evliliklərindən də uşaqları var. Bruninin Orelyen adlı oğlu, Sarkozinin isə keçmiş iki həyat yoldaşından 3 oğlu var.