Sarkoziyə görə, eks-sevgilisi ilə barışdı

sarkoziye-gore-eks-sevgilisi-ile-barisdi
Oxunma sayı: 642

30 il bərabər olan cütlüyün 4 uşağı olsa da, 2007-ci ildə Hollandın sevgilisi Sequlen Royal Sarkoziyə prezident seçkilərində məğlub oldu. Bundan sonra isə cütlük yollarını ayırıb. Növbəti prezident seçkiləri və eks-cütlüyün ortaq rəqibi Sarkozi onları bir araya gətirib.

“Qafqazinfo”nun məlumatına görə, 15 min mitinq iştirakçısının qarşısına çıxan xanım Royalın eks-sevgilisini dəstəkləməkdə bir sıra gizli məqamların olduğu bildirilir. Bəzi mənbələr onların bir araya gəlməsinin səbəbini köhnə qisasdan çox, oğlu 22 yaşlı Tomas Holland ilə bağlılığını, digər mənbələr isə Royalın parlament sədri olmaq istədiyini iddia edir.
Qeyd edək ki, Sarkozinin əsas rəqibi olan Fransua Holland hazırda 47 yaşlı jurnalist Valerie Trierweilerlə bərabərdir.