Sarri onu da özü ilə “Çelsi”yə apardı - Fotolar

sarri-onu-da-ozu-ile-celsiye-apardi
Oxunma sayı: 2010

İngiltərənin “Çelsi” klubu baş məşqçi Mauritsio Sarri ilə yanaşı “Napoli” klubundan bir futbolçu da transfer edib.

“Qafqazinfo” xəbər verir ki, London klubu Jorjinyo ilə 5 illik müqavilə bağlayıb.

Sarri isə 3 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Jorjinyo 2014-cü ildən “Napoli”də çıxış edirdi. İkili vətəndaşlığa malik braziliyalı İtaliya yığmasında da oynamağa imkan tapıb.