Satıcının cibində pul olan gödəkçəsini soyundurub apardılar

Satıcının cibində pul olan gödəkçəsini soyundurub apardılar
Oxunma sayı: 606

Bakıda soyğunçuluq hadisəsi baş verib.

QafqazinfoDaxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 9-da Yasamal rayonunun A.Şərifzadə küçəsindəki meyvə-tərəvəz mağazalarından birində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfsun Ələkbərov və Şahin Zöhrabov soyğunçuluq yolu ilə orada satıcı işləyən Sabirabad rayon sakini Amil Sayılovun cibində 381 manat pul olan gödəkçəsini soyundurub aparıblar.

Yasamal RPİ 29-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Ələkbərov və Ş.Zöhrabov tutulublar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi