Şaurma reklamı qalmaqala səbəb oldu - Polisə şikayət edildi

saurma-reklami-qalmaqala-sebeb-oldu
Oxunma sayı: 2715

Rusiya pravoslav kilsəsinin Perm eparxiyası "Şaurma ne za qorami" (“Şaurma uzaqda deyil”) kafesinin reklamına görə polisə ərizə ilə müraciət edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Properm.ru”ya eparxiyanın katibi Andrey Litovka məlumat verib.

Katibin fikrincə, inanclı insanların hisslərini təhqir edən (Rusiya Cinayət Məcəlləsinin 148-ci maddəsi) reklamla bağlı yoxlama keçirmək lazımdır. Litovka bildirib ki, eparxiyaya “narazı insanlardan çox sayda telefon zəngləri daxil olur”.

Daha əvvəl sözügedən reklamı ailə, anaların və uşaqların qorunması məsələləri üzrə Patriarx Komissiyasının sədri Dmitri Smirnov tənqid etmişdi. O, kilsənin bu cür yolla piar aparılmasına mənfi münasibət bəslədiyini bildirmişdi.

Qeyd edək ki, tənqid edilən reklamda xristian obrazlarından istifadə olunub. Fotoda kilsə şəhidi obrazında olan yarıçılpaq model “ilahi şaurma”ya sevgisini etiraf edir. Hazırda həmin paylaşım kafenin “Vkontakte” sosial şəbəkəsindəki hesabından silinib.