Şaurmadan zəhərlənənlərin sayı 83 nəfər oldu

saurmadan-zeherlenenlerin-sayi-83-nefer-oldu
Oxunma sayı: 2270

Ukraynanın paytaxtı Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfər olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Zəhərlənənlərdən 12-si uşaqdır. Zəhərlənməyə səbəb olan obyektlərdə aparılan araşdırmalardan sonra lazımi sənədləri olmadığına görə onların hamısı bağlanıb.

Faktla bağlı cinayət işi açılıb.