Savçenko prezidentliyə namizədliyini irəli sürəcək

savcenko-prezidentliye-namizedliyini-ireli-surecek
Oxunma sayı: 657

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko prezident olmağa hazır olduğunu bəyan edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Savçenko parlament seçkilərində partiyasının iştirak edəcəyini açıqlayıb: 

“Mən ölkəm üçün üzərimə məsuliyyət götürməyə və prezident seçkilərində namizədliyimi irəli sürməyə hazıram”. 

Xatırladaq ki, Savçenko Donbassda jurnalistlərin ölümündə ittiham olunaraq Rusiyada həbs olunmuş, daha əvvəl prezident Putin tərəfindən əfv edilmişdi.