“Save the Children” təşkilatına hücum - 3 ölü, 24 yaralı + Fotolar + Yenilənib

save-the-children-teskilatina-hucum
Oxunma sayı: 1740

Əfqanıstanın Cəlalabad şəhərində silahlı şəxslər "Save the Children” beynəlxalq təşkilatının ofisinə hücum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 11 nəfər yaralanıb. 

Bu gün səhər terrorçu-kamikadzə binanın girişi qarşısında partlayıcını işə salıb. Daha sonra ofisin ərazisinə silahlı şəxslər daxil olublar.  Əyalət qubernatorunun sözlərinə görə, silahlı şəxslərlə hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma davam edir. 

Qeyd edilir ki, hüquq müdafiəçilərinin ofislərinin yaxınlığında məktəb yerləşir. Atışma zamanı bəzi uşaqlar ərazini tərk ediblər.

***

Nanqarhar vilayətinin sözçüsü Ataullah Hoqyani “Anadolu” agentliyinə bidlirib ki, hadisə nəticəsində 3 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, binaya 4 terrorçu daxil olub. Onlardan biri üzərində partlayıcını işə salıb, digər üçü isə ətrafa atəş açıb.

Polislərin keçirdiyi əməliyyat nəticəsində üç nəfərdən ikisi öldürülüb. Bir nəfərin isə ələ keçirilməsi üçün əməliyyat davam edir.

Bundan başqa, binadakı 45 nəfər xilas edilib.