“Saville” nar şirələri artıq satışda

saville-nar-sireleri-artiq-satisda
Oxunma sayı: 1426


“Saville”nar şirəsinin əsas özəlliyi seçmə meyvələrdən hazırlanması, 100% təbii olması,  konsentratsız və şəkərsiz olmasıdır.  

Məhsulun xammalını Biləsuvar rayonunda 310 hektar sahədə salınmış nar bağları təmin edir. İstehsal prosesinin ən son  texnalogiya əsasında aparılması, məhsulun keyfiyyət dəyərlərini ən yüksək səviyyədə olmasını təmin edir.  “Saville”nar şirəsini Azərbaycan istehlakçılarına daddırma məqsədi ilə ticarət mərkəzlərindən birində tədbir həyata keçirildi.  

Olduqca xoş görüntü, maraqlı proqram ziyarətçilərin diqqətini cəlb etmiş və əlabəttə 100% təbii “Saville”nar şirəsi qonaqlara ikram olunmuşdur. Demək olar ki, 1500 ziyarətçi məhsul dadına baxmış və dadından, keyfiyyətindən məmnun qalmışlar.  “Saville”nar şirəsi 500ml məhsulları artıq şəhərimizin bir çox super marketlərində istehlakçılar əldə edə bilərələr. “Saville”nar şirəsi nəinki Azərbaycan, həmçinin Rusiya, Qazaxstan, Amerika, İrak kimi xarici ölkələrin bazarlarında təmsil olmağı hədəfləyib.