Saxlanılandan sonra axtarışda olduğu müəyyən edildi

saxlanilandan-sonra-axtarisda-oldugu-mueyyen-edildi
Oxunma sayı: 790

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki mağazasından təmir-tikinti alətləri və məişət əşyalarının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Qısa müddətdə cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.

6-cı Polis Bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli rayon ərazisində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olması da müəyyən edilib.