Şaxta babanın torbasında nə var?

saxta-babanin-torbasinda-ne-var
Oxunma sayı: 1122

Bunu çərşənbə günü Trend-ə Mərkəzin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı RGEM-in yerli şöbələrinə tapşırıqlar veriləcək. Yoxlamalar zamanı Yeni il hədiyyələrinə daxil edilən qidaların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Yoxlama seçmə üsulla aparılacaq.

"Bu hədiyyələrin içinə qoyulan qidalar köhnə olmamalı, onların istifadə müddəti bitməməlidir. Yoxlama zamanı da əsas diqqət həmin məsələlərə yönəldiləcək", - mərkəz rəsmisi deyib.

Abdullayev əlavə edib ki, yoxlama zamanı Yeni il hədiyyələrində nöqsanlar aşkarlanarsa, həmin partiya hədiyyələrin satışına qadağa qoyula bilər. Eyni zamanda, belə hala yol verən sahibkar və ya fiziki şəxs 200 manatdan 400 manata qədər cərimələnəcək.