Saxta diplom satanlar həbs olundu

saxta-diplom-satanlar-hebs-olundu
Oxunma sayı: 647

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta diplomların alışı və satışı ilə məşğul olan Bakı şəhər sakinləri Məhəmməd Şahməmmədovdan, Ceyhun Nəcəfovdan, Azif Hüseynovdan və Şəki rayon sakini Musa Musayevdən Rusiya Federasiyasının və Azərbaycan təhsil müəssisələrinə aid 6 ədəd diplom, saxta diplom alınması üçün 10 ədəd attestat, 2 ədəd şəhadətnamə, 3 ədəd ümumvətəndaş pasportu və digər sənədlər aşkar edilərək götürülüb.

Fakt üzrə cinayət işi başlanıb, istintaq aparılır.