Saxta diplom satarkən tutuldu

saxta-diplom-satarken-tutuldu
Oxunma sayı: 646

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Şakir Allahverdiyev, Aynurə Şükürovanın adına tərtib edilmiş Azərbaycan Texniki Universitetini bitirməsi barədə saxta diplomu 8000 dollara satarkən tutulub. Ş.Allahverdiyevdən 1 ədəd yazılmamış diplom aşkar edilərək götürülüb.