Saxta diplomlu müəllimlər işdən azad edilir

saxta-diplomlu-muellimler-isden-azad-edilir
Oxunma sayı: 647

Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

Onun sözlərinə görə, bəzi rayonlarda aparılan araşdırma zamanı belə hallar aşkarlanıb. Bununla əlaqədar nazirlik belə nöqsanların aşkarlandığı rayonların təhsil şöbələrinə lisenziyası olmayan, saxta diplomla işləyən müəllimlərin işdən azad edilməsi tapşırığını verib.

Şöbə müdiri yerlərdə bu tapşırığın icrasına bu günlərdə başlanıldığını bildirib.

Həmin şəxslərin vaxtilə məktəb direktorları tərəfindən işə götürüldüyünü deyən Qədirovun sözlərinə görə, məktəblərdə saxta diplomlu, lisenziyası olmayan təhsil müəssisələrini bitirmiş şəxslərin müəllim kimi işləməsi qanunaziddir.