Saxta məhsul tapıldı

saxta-mehsul-tapildi
Oxunma sayı: 707


“Qafqazinfo”nun xəbərinə görə, nazirlikdən bildirilib ki, R.Həsənlinin 19 litrlik plastik qablara doldurulmuş suların müvafiq texnoloji sənədi olmadan istehsal etdiyi, həmin suların üzərində onun guya Xaçmaz rayonunun Şollar kəndindən gətirildiyi barədə yanlış məlumatlar yazdırdığı aşkarlanıb. Eyni zamanda, məhsulun etiketində saxlanma müddəti heç bir normativ sənədə əsaslanmadan 3 ay göstərilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar araşdırmalar davam edir. R.Həsənli barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək.