Saxta MTN-çilərin məhkəməsi başladı

saxta-mtn-cilerin-mehkemesi-basladi
Oxunma sayı: 636

Özlərini MTN əməkdaşı kimi təqdim edərək hədə-qorxu ilə pul almaq istəyən şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, təqsirləndirilən şəxslər - Vüqar Həsənov, Nurlana Hüseynova və Ramin Qədimovla birlikdə Yaşar Babayevə hədə-qorxu gəliblər. Ramin Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra onlar tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilənlər - Ramil Qədimov 6 il, Vüqar Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Nurlanə Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Hökmdən verilən şikayət icraata götürülüb və ilkin baxış iclası aprelin 24-nə təyin edilib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilir.

Murad Əhməd