Saxta pula meyvə və 5 “peraşki” alıblar

saxta-pula-meyve-ve-5-peraski-aliblar
Oxunma sayı: 1763

Ali Məhkəmə saxta pul hazırlayan və istifadə edən tanışların cəzasını azaldb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qardaşı Cavad Əzizovun banka olan kredit borcunu ödəmək istəyən 1988-ci il təvəllüdlü Davud Azadxanlı tanışı, 1991-ci il təvəllüdlü Məhəbbət Şamilzadə ilə razılaşıb. Onlar icarə əsasında işlətdikləri intetnet klubda 6 ədəd 20 manata oxşayan saxta pul hazırlayıblar.

Həmin “20lik”lərdən birinə “Cənub Təndiri” sexində işləyən Nənəqız Həşimovdan 1 manatlıq 5 “peraşki” alıblar. Sonra isə meyvə dükanında satıcı olan Azad Əhədova verib 5 manatlıq meyvə alıblar. Növbəti dəfə isə Ələt qəsəbəsindəki “Çinar” restoranında yeyib-içdikdən sonra 19 manatlıq hesaba görə saxta 20 manat veriblər, qalıq 1 manatı da götürüblər.

Tanışların bu əməlləri barədə polisə məlumat daxil olub və saxlanılıblar. Qaradağ Rayon Məhkəməsi gənclərə şərti cəza versə də, prokruror apellyasiya bprotesti verib. Bakı Apellyasiya Məhkəməsi hər iki şəxsi 4 il 3 ay 23 gün müddətinə azadlıqdan məhrum edib və məhkəmə zalında həbs ediliblər. Qərardan verilən kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb. Ali instansiya məhkəməsi onların cəzasını 2 il azaldıb.

Murad Əhməd