Saxta sənədlərlə sərhədi keçmək istədilər

saxta-senedlerle-serhedi-kecmek-istediler
Oxunma sayı: 1078

Son günlərdə dövlət sərhədindən buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhədindən keçmələrinin qarşısı alınıb.

“Qafqazinfo” Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Anwar Johnynin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, dekabrın 4-də Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması, dekabrın 5-də Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, dekabrın 6-da Erbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Swar Solav Moohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.

Dekabrın 7-də Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Chaudhari Ravindrakumar Joitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.