Şaxtalı hava Moskvada hava yolunu iflic edib

saxtali-hava-moskvada-hava-yolunu-iflic-edib
Oxunma sayı: 730

Rusiyanın paytaxtı Moskvada qarlı və şaxtalı hava şəraiti hava limanlarının fəaliyyətində ciddi problemlər yaradıb.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, Vnukovo hava limanında 9 reys təxirə salınıb.

Domodedovoda 6 reys təxirə salınıb, 15-i ləğv edilib. Şeremetyevoda isə 43 reys gecikib.

Ümumilikdə 65 reysin qrafikində problemlər yaşanıb.

Qeyd edək ki, bir gün öncə 30-dan çox reys txirə salınmış və ləğv edilmişdi.