“Şaxtyor”la “Lion” ölüm-dirim mübarizəsində - Qrup mərhələsi bitir

saxtyorla-lion-olum-dirim-mubarizesinde
Oxunma sayı: 1309

Bu gün Çempionlar Liqasında 2018/2019-cu il mövsümündə qrup mərhələsinə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, 4 qrupda 8 qarşılaşma baş tutacaq.

Keçiriləcək 8 oyundan yalnız birində növbəti mərhələ uğrunda mübarizə gedəcək. “Şaxtyor” evdə “Lion”la qarşılaşacaq. Donetsk klubu növbəti mərhələyə adlamaq üçün mütləq qalib gəlməlidirsə, fransızlara heç-heçə də bəs edir.

Daha bir qrupda isə Avropa Liqasında yola davam etmək mübarizəsi gedəcək. ÇSKA və “Viktoriya” qitənin ikinci dərəcəli turnirinə yollanmaq üçün çalışacaq. ÇSKA evdə məğlub etdiyi “Real” səfərinə yollanacaq.

Çexiyalılar isə doğma azarkeşlər önündə “Roma”nı sınağa çəkəcək.

Çempionlar Liqası, 6-cı tur

12 dekabr

E qrupu

00:00. "Ayaks” (Hollandiya) - “Bavariya” (Almaniya)

00:00. “Benfika” (Portuqaliya) - AEK (Yunanıstan)

F qrupu

00:00. “Mançester Siti” (İngiltərə) - “Hoffenhaym” (Almaniya)

00:00.
“Şaxtyor” (Ukrayna) - “Lion” (Fransa) 

G qrupu

21:55. "Real" (İspaniya) - SSKA (Moskva, Rusiya)

21:55.
“Viktoriya” (Çexiya) - “Roma” (İtaliya)

H qrupu

00:00. “Valensiya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

00:00. “Yanq Boyz” (İsveçrə) - "Yuventus” (İtaliya)