“Şaxtyor”un futbolçusu “Sumqayıt”da

saxtyorun-futbolcusu-sumqayitda
Oxunma sayı: 1576

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, Ukraynanın “Şaxtyor” klubunun üzvü Murad Xaçayevlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ukrayna klubunun əvəzedici komandasının formasını geyinən 20 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-21 millisinə də dəvət alır.