Sayğacda problem var?

saygacda-problem-var
Oxunma sayı: 1544

Gəncə sakini Aygün Musayeva elektrik sərfiyyatında problem yaşadığı üçün redaksiyamıza müraciət edib.

Şəhərin Sevinc qəsəbəsi, 25-ci küçədə yaşayan şikayətçi “Qafqazinfo”ya bildirib ki, yanvar ayının 5-də 10 manat, daha sonra isə 3 manat karta pul yükləsə də, sayğacda bu məbləğ görünməyib. İstifadəçi daha sonra yenidən 15 manat yükləmək məcburiyyətində qalıb. Bu zaman isə hesabda yalnız 6 manat göstərilib, 8 manat borca çıxıldığı bildirilib.

Sakin məsələylə bağlı Gəncə şəhər İşıq İdarəsinə müraciət edib. Bildirilib ki, elektrikdə sızma ola bilər, komissiya tərtib olunub baxılacaq:

“Qaz sızması anlaşılandır, bəs bu elektrik sızması nədir? Deməli, hər an kimisə tok vura bilər. Komissiya gəlib baxana kimi mənim bütün gəlirim elektrik enerjisinə gedər”.

“Qafqazinfo” məsələylə bağlı “Azəriqaz” İB-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, şikayət araşdırılaraq lazımi tədbir görüləcək. 

Günel Hacı