Sayımız artıb bu qədər oldu

sayimiz-artib-bu-qeder-oldu
Oxunma sayı: 1100

Azərbaycanda əhalinin sayı ilin əvvəlindən 26714 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il may ayının 1-i vəziyyətinə 9 836 695 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, Trend-ə Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin ümumi sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olmuşdur. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.