Sayqanı döyən həbs olundu- - Yenilənib+Açıqlama

sayqani-doyen-hebs-olundu-
Oxunma sayı: 4481


Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, aprelin 10-da M.Rüstəmov küçəsində naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.

DİN Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.

Qeyd edək ki, Sayqa Məmmədova (Sayqa Cahid) prodüsser kimi fəaliyyət göstərir.

***

Prodüser Sayqa Cahid ona hücum edən şəxs barəsində məlumat verib. “Qafqazinfo”ya açıqlamasında prodüser ona hücum edən şəxsi tanımadığını bildirib: 

“Mənə hücum edən şəxs  Bakı şəhər sakini Məmmədhüseyn Əliyev  həbs edilib. Həmin  şəxslə heç bir tanışlığım yoxdur,  ömrümdə birinci dəfə dünən görmüşəm. Əşyalarım sübut kimi hələ ki, polis bölməsindədir. Özümü yaxşı hiss etmirəm, özümə gələ bilməmişəm, keçirdiyim həyəcandan səsim batıb, güclə danışıram. Hər şey qanuni yolla həll olunacaq, cinayət işi açılıb”.