Saytlara yeni qlobal hücum başladı

saytlara-yeni-qlobal-hucum-basladi
Oxunma sayı: 1010

“Defiant” şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri “WordPress” platformalı saytlara hücum edən “BabaYaga” adlı yeni virus aşkarlayıblar.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, proqram təminatı “WordPress” platforması bazasında saytlara müdaxilə üçün nəzərdə tutulub.

Virusa yoluxmuş səhifələr istifadəçiləri müxtəlif ticarət platformalarına yönəldir və orada alış-veriş edilən zaman haker mağazanın mədaxilindən öz payını götürür.

Məlumata görə, virus iki moduldan ibarətdir: birincisi, boşluğa malik saytlara spam istinadlarını tətbiq edir, ikincisi isə cinayətkarlara zərərli proqrama yoluxmuş səhifələrə nəzarət etməyə imkan verir.

Maraqlıdır ki, “BabaYaga” yoluxdurulan sayta qoşulmağa çalışan digər zərərli proqramları məhv edir. Bundan başqa, virus öz qurbanlarının saytlarını müstəqil yeniləyə bilir.