“Science via Media” layihəsinin qalibləri mükafatlandırıldı - Fotolar

science-via-media-layihesinin-qalibleri-mukafatlandirildi
Oxunma sayı: 981

Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, Azercell  və  PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans olan “Science via Media” layihəsi uğurla tamamlanıb və qaliblərə mükafatlar təqdim edilib. 

“Qafqazinfo” xəbər verir ki, qaliblərin məyyən edilməsi Youtube  kanalı və münsiflər tərəfindən verilən ballar əsasında baş tutub. 

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirin əvvəlində  çıxış edərək “Science via Media”nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək  gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd ediblər.

Həmçinin, 19 Fevral 2018 tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasimində “Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video bloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də reallaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.

“Science via Media” müsabiqəsində 1-ci yeri Nigar Abbasova və Vüsalə Hacıyeva “X (Məchul)” adlı çarxla, 2-ci yeri Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” çarxı ilə və 3-cü yeri Nurlan Salamov “Klonlama”  mövzusunda hazırladığı video-çarxla qazanıblar. 

Qeyd edək ki,  “Science via Media” layihəsi yarış formatında baş tutub və layihə elmi  izahların media dilində topluma çatdırılmasıyla  gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul edib. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.