“Səba” təbiətdən mətbəxə keçid dövriyyəsini - tamamladı

seba-tebietden-metbexe-kecid-dovriyyesini-
Oxunma sayı: 2228


 “Səba” brendinin Ağsu, Ağcabədi, Beyləqan və Kürdəmirdə yaratdığı özəl taxılçılıq təsərrüfatları məhz belə - göz oxşayan dairələr şəklində görünür. İl yarım əvvəl keyfiyyətli toyuq əti istehsalı üçün qurduğu təsərrüfatlar “Səba”-ya yeni mərhələyə keçmək imkanı verdi. Tətbiq etdiyi yeni suvarma sistemi, keyfiyyətli toxumluq taxıl sayəsində “Səba”-nın təsərrüfatı ölkədə taxıl məhsuldarlığında rekord hədd vurdu - 1 hektar sahədən 55 sentnerə qədər taxıl əldə edildi. Elə ilk ildə yaratdığı taxılçılıq təsərrüfatından 35 min ton məhsul topladı. Təsərrüfatın yüksək məhsuldarlığı həm yemlik taxıl, həm də çörək istehsalı üçün buğda yığımında müşahidə edildi. 

 “Səba” topladığı dənli bitkilərdən, xüsusilə qarğıdalıdan toyuq əti istehsalı üçün yem hazırladı. Əlavə olaraq, 20000 ton taxıl saxlamaq imkanına malik anbar inşa edərək, əldə olunan məhsulun qurudulub, keyfiyyətli saxlanmasına nəzarəti əlinə götürdü.

 İndi artıq bütün bu kənd təsərrüfatı prosesini idarə edən şirkətlər - “Qarabağ Taxıl”, “Dərin Emal”, “Əkinçi”, “Səba Kredit”, eləcə də “Səba” süd istehsalçısı “Biləsuvar Agro”, “Al Chicken” restoranının sahibi Baku Food Company, “Səba” toyuqlarının istehsalçısı  “Дəvəçi Broyler” vahid “Səba” Səhmdar Cəmiyyətində birləşir. Bununla, “Səba” kənd təsərrüfatında təbiətdən mətbəxədək tam bir dövriyyəni tamamlayır. “Səba” adı ilə buraxılan bütün məhsullar yetişdirilməsindən tutmuş, son istehsal prosesinə və son təyinat nöqtəsinə çatdırılmasınadək bir şirkətdə hazırlanır. Bununla “Səba” öz məhsullarının yüksək keyfiyyətinə zəmanət verir.