Səbael gözəlləşir

sebael-gozellesir-
Oxunma sayı: 651

Həyətin təmiri ilə yanaşı rayon İcra Hakimiyyəti tərəfindən Neftçilər dongəsi 7 ünvanda yerləşən və bir birinə paralel olan 2 binanın da əsaslı təmiri aparılaraq başa çatdırılıb.

Neftçilərin yaşadığı 50 il əvvəl tikilmiş və indiyədək təmir olunmamış binaların fasadı əsaslı təmir olunaraq hər birinə 2000 kv. metrdən çox aqlay üzlük çəkilib, həyət tərəfdə binanın bloklarda yeni plastik pəncərələr və girişlərdə isə yeni dəmir qapılar quraşdırılıb. Hər iki binanın giriş hissəsi və pilləkənlər təmir olunub, bura daş düzülüb, yeni tutacaqlar qurulub.
Binaların eyvanları təmir olunaraq ilkin vəziyyətə gətirilib, əlavə artırmalar sökülüb, eyvanlar lambirlə üzlənib, taxtadan dekorativ bəzək vurulub. Binadakı mənzillərin pəncərələri müasir plastik pəncərələrlə əvəz olunub.
Həyətdə səkilərə aqlay vurulub, yeni bordyur daşları düzülüb. Burada təmizlik işləri aparılıb, işıqlandırma məsələləri həll olunub, həyətə və ətraf əraziyə 3750 kv metr yeni asfatl örtüyü çəkilib. Sakinlərin istirahəti üçün 1 ədəd geniş söhbətgah quraşdırılıb, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı skamyalar qoyulub. Söhbətgaha uzanan yola tamet daş döşənib.
Həyətin uşaqları da yaddan çıxarılmayıb, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılıb.

Küçə tərəfdəki ağaclar budanıv, yeniləri əkiliv, küçəyə yeni asfalt qatı salınıb.

Nigar Məmmədli