“Səbail” bolqar futbolçunu transfer etdi

sebail-bolqar-futbolcunu-transfer-etdi
Oxunma sayı: 2464

"Səbail" daha bir futbolçunun transferini reallaşdırıb.

“Qafqazindo” komanda.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi bolqarıstanlı futbolçu Emil Martinovla müqavilə bağlayıb. 26 yaşlı yarımmüdafiəçi "Səbail"lə bir illik müqavilə imzalayıb.

Martinovun son klubu Bolqarıstan "Slaviya"sı (Sofiya) olub. Onun "Səbail"ə keçidini klubun prezidenti Ventseslav Stefanov da təsdiqləyib.