Səbail iki gün susuz qalacaq

sebail-iki-gun-susuz-qalacaq
Oxunma sayı: 651

Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində “Azərsu” ərazidən keçən magistral su və kanalizasiya xətlərinin dəyişdirilməsi istiqamətində işləri yekunlaşdırıb. Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prospektin Funikulyorun qarşısından Əziz Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində uzun müddət istifadə də olan 1960 metr metal borulardan ibarət su xətləri yeniləri ilə əvəz olunub. Bundan başqa Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində uzunluğu 1286 metr olan yeni magistral su xətti çəkilişi başa çatıb. Hazırda çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar avqustun 23 və 24-də Bakı şəhəri Səbail rayonun Bayıl qəsəbəsi, Neftçilər prospekti, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Şövkət Ələkbərova, İstiqlaliyyət və Niyazi küçələrinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Nigar