“Səbail” “Kəpəz”ə, “Neftçi” “Qəbələ”yə qarşı - “Qarabağ” çempion ola biləcək?

sebail-kepeze-neftci-qebeleye-qarsi
Oxunma sayı: 896

Bu gün Topaz Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
 
“Qafqazinfo” xəbər verir ki, turun ikinci oyun günündə 3 oyun baş tutacaq.
 
Bayılda son pillələrdə qərarlaşan komandaların duelində “Səbail” “Kəpəz”i qəbul edəcək.
 
Avrokubok və medal uğrunda mübarizə aparan “Neftçi” və “Qəbələ” “Bakcell Arena”da münasibətlərinə aydınlıq gətirəcəklər.
 
Lider “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. Ağdam təmsilçisi “Sumqayıt”ı məğlub edərsə, 2017/18 mövsümünün çempionu olacaq. Qurban Qurbanovun komandası ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğun bir addımlığındadır.
 
22 aprel (bazar)
 
17:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Fazil Mürşüdov
“Bayıl Arena”
 
19:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
8-ci km qəsəbə stadionu
 
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Cabbarov 
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt. Şəhər stadionu