“Səbail” Maykl Esyenlə danışıqlara başladı - Rəsmi

“Səbail” Maykl Esyenlə danışıqlara başladı
Oxunma sayı: 867

“Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdi.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi