Səbail məscidlərində 500 nəfər qan verib

sebail-mescidlerinde-500-nefer-qan-verib-
Oxunma sayı: 641

Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, hər iki məsciddə qanvermə aksiyasına müvafiq hazırlıq işləri görülüb, Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotolociya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılıb. Həkimlər müvafiq yoxlamalardan sonra könüllü donorlardan qanverməni təmin ediblər.
İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, Axund Hacı Surxay Məmmədli bildirib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir: “Buna görə də talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik. Gün ərzində aksiyada 150 nəfər mömin insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub”.


Gün ərzində Səbail rayonundakı Bibiheybət məscidində keçirilən könüllü qanvermə aksiyasında isə 350 nəfərdən çox qan vermə aksiyasında iştirak edib.

Qeyd edək ki, Səbail rayonundakı Bibiheybət məscidində və İçəri şəhər “Cümə” məscidində qanvermə aksiyaları artıq 6-cı ildir keçirilir.

Nigar Məmmədli