Səbail rayonunda mətbuat günü qeyd olunub

sebail-rayonunda-metbuat-gunu-qeyd-olunub
Oxunma sayı: 646

Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, bu il artıq 137 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir.

A.Əsgərov vurğulamışdır ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmışdır. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formaldaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılmışdır. Ulu öndərin müvafiq Fərmannı ilə mətbuat üzərində senzura ləğv edilmiş, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilmişdir.

Qeyd edilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.
Səbail rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov bir il ərzində mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermiş, qeyd etmişdir ki, yaxın vaxtlarda Fondun və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fərdi curnalist yazıları müsabiqəsinə start veriləcəkdir.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 30-dan çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunmuşdur.