Səbail rayonunda Milli Mətbuat Günü qeyd olunub

sebail-rayonunda-milli-metbuat-gunu-qeyd-olunub
Oxunma sayı: 633


“Qafqazinfo”nun məlumatına görə, tədbiri Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq bildirib ki, bu il 138 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. 

Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra bağçısı qeyd edib ki, ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən tikintisi başa çatmış və bir neçə gündən sonra istifadəyə veriləcək KİV nümayəndələri üçün nəzərdə tutulmuş yaşayış binasının məhz Səbail rayonunda yerləşməsi əlamətdar haldır. 

Sonra Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli və “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış ediblər. 

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 50-dən çox KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. 

Nigar Məmmədli