Səbail sakinlərinin problemləri dinlənildi

sebail-sakinlerinin-problemleri-dinlenildi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, axşam saatlarında baş tutan görüşdə sakinlər onları narahat edən problemləri millət vəkilinə çatdırmağı xahiş ediblər. Görüşdə bir sıra məsələlər qaldırılıb. Sakinlərdən bir qrupu ümumi məsələlər, digərləri isə şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Belə ki, qəsəbədə yerləşən binaların ətrafının abadlaşdırılması, işıq dirəklərinin dəyişdirilməsi problemlərindən tutmuş su təchizatı ilə bağlı məsələlər deputat köməkçisinə çatdırılıb. Əsasən sosial məsələlərin qaldırıldığı görüşdə millət vəkilinə bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət etmək bildirilib. Heydər Atayev bütün məsələlərin diqqət mərkəzində saxlanılacağını və millət vəkili Fuad Muradovun hər bir məsələ ilə ayrıca məşğul olacağını sakinlərə bildirib.

Görüşdən sonra Səbail rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkilib. Onlar millət vəkilinin adından Novruz bayramı münasibəti ilə təbrik edilib və bayram sovqatı təqdim edilib.


Sədan