“Səbail” “Sumqayıt”ı darmadağın etdi

sebail-sumqayiti-darmadagin-etdi
Oxunma sayı: 1815

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə bir oyun keçirilib. "Sumqayıt" doğma meydanda "Səbail"lə qarşılaşıb. Oyun bakılıların 3:0 hesablı qələbəsiylə başa çatıb. 

19:00 “Sumqayıt” – “Səbail” - 0:3

Qol: Ağabala Ramazanov, 10 (pen.), 69, Şəhriyar Rəhimov, 52
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”