“Səbail” yeni mövsümə qələbə ilə başladı

sebail-yeni-movsume-qelebe-ile-basladi
Oxunma sayı: 1130

Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, Bayıldakı “ASCO Arena”da baş tutan matçda "Səbail" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolun müəllifi Yevgeni Koçuk olub. O, 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirməklə meydan sahiblərinə qələbə qazandırıb.